![]() | Vətəndaşların müraciətləri və qəbulu |
![]() | Polisə təşəkkürlər |
![]() | Apellyasiya Şurası |
![]() | Etik davranış |
![]() | Faydalı məlumatlar |
![]() | Vətəndaşların nəzərinə |
![]() | Polis və vətəndaş həmrəyliyi |
![]() | Fotoalbom |
Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu
1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Ailəlidir. Üç övladı var.