DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Daşdəmirov Arzu Arif oğlu

1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.

1992-ci ildən daxili işlər orqanlarında xidmət edir.

1992-2016-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aparatının müxtəlif struktur qurumlarında inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Baş Cinayət Axtarışı İdarəsinin şöbə rəisi, Baş idarənin rəis müavini vəzifələrində işləmişdir.
11.07.2016-cı ildə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2017-ci il tarixli 3040 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 988 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.
Geriyə qayıt Çap et