DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu

1963-cü ildə Ermənistan Respublikası, İrəvan şəhərində anadan olmuşdur. 1988-ci ildə Vladimir Xüsusi Orta Milis Məktəbini, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 

1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində əməliyyat xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, 2005-2020-ci illərdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət etmişdir.
2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 1610 nömrəli sərəncamı ilə "İgidliyə görə" və 01 iyul 2020-ci il tarixli 602 nömrəli sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2021-ci il tarixli 2732 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var.
Geriyə qayıt Çap et