DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbayсan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Əliyev İsmət Rəşid oğlu

1959-cu ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. 1981-ci ildə fərqlənmə diplomu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1981-ci ildən daxili işlər orqanlarinda xidmət edir.

1981-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi, baş dövlət avtomobil müfəttişi, bölmə rəisi, Təbliğat və təşviqat şöbəsinin rəis müavini, idarə rəisinin müavini, Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi, Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, 2009-cu ildən DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 987 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 2280 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda” medalı, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.
Ailəlidir. İki övladı var.
Geriyə qayıt Çap et