DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Neymətov Süleyman Əsgər oğlu

Neymətov Süleyman Əsgər oğlu 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.              

1991-1993-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 

1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. 

1993-1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994-2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektor, 2005-2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016-2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020-2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 28 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 iyun tarixli 3945 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

Geriyə qayıt Çap et