Axtarış

Virtual Karabakh Justice for khojaly

Press-relizlər

tarixindən tarixinə
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı
18 sentyabr 2021 10:00Beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilmişdir.
Vətən Müharibəsinin daha 22 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu
17 sentyabr 2021 15:30Sentyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilmişdir.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
10 sentyabr 2021 12:23Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili işlər naziri yeni səfiri qəbul edib
09 sentyabr 2021 18:25Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 9-da Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcını qəbul edib.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı
31 avqust 2021 12:03Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz  yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara  saxta “COVID-19” pasportu satmaları müəyyən olunub.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı
27 avqust 2021 15:55Daxil olmuş məlumat əsasında keçirilən müvaffiq tədbirlər nəticəsində müəyyən edilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilməsi həyata keçirilir. Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları - həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı
24 avqust 2021 16:15Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 13 il əvvəl, yəni 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstünün açılması təmin edilmişdir.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
23 avqust 2021 11:44Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib
06 avqust 2021 16:57Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində ağır bədən xəsarətlər almış Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 avqust 2021 15:43Avqustun 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.