DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər naziri səfiri qəbul etdi

02.11.2020

 Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Özbəkistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu  qəbul etmişdir. 
Qonağı salamlayan nazir təyinatı münasibətilə onu təbrik etmiş, fəaliyyəti müddətində Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirmişdir.

Daha sonra nazir ölkəmizdə cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar barədə səfirə məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlardan, əməliyyat şəraitinin tam nəzarət altında olduğundan  danışmışdır. Bildirilmişdir ki, kriminogen durumun nəzarətə götürülməsi, sabitliyin etibarlı təmini ilk növbədə vətəndaşlarımızın, həmçinin  əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb işləmələrinə əlverişli şərait yaratmışdır.

Nazir Vilayət Eyvazov imzalanmış bir sıra Sazişlərin  hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq üçün yaxşı imkanlar açdığını və cinayətkarlıqla birgə mübarizəni uğurlu təmin edən səviyyəyə çatdığını diqqətə çatdırmışdır.
Səfir Bahrom Aşrafxanov  tanışlıq məqsədi daşıyan səmimi qəbula görə Daxili İşlər nazirinə öz minnətdarlığını bildirmiş, Azərbaycanın bütün sahələrdə sürətli inkişafından məmnun qaldığını nəzərə çatdıraraq ölkələrimizin xalqları və dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır.