Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılmışdır
19 iyun 2019Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılmışdır. 
  • Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.
Birgə tədbirlər davam etdirilir
19 iyun 2019

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Növbəti belə tədbir  iyunun 18-də paytaxtın Suraxanı rayonu ərazisində keçirilib. Reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmişdir.
Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Soyğunçuluqda şübhəli bilinən Siyəzən rayon sakini N.Əzizov saxlanılmışdır
19 iyun 2019

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilmişdir. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini N.Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, maddi sübutlar ondan götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini V.Məmmədov saxlanılmışdır
19 iyun 2019

İyunun 19-na keçən gecə Mingəçevir şəhərinin ərazisindən şəhər sakini Q.Məmmədova məxsus “Mercedes” markalı avtomobil qaçırılmışdır.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi V.Məmmədov saxlanılmışdır.

Araşdırma aparılır.

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19 iyun 2019

İyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlı qadını vurmuş və piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və F.Allahverdiyev saxlanılmışdır
19 iyun 2019

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də rayon ərazisindəki mağazaların birindən avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və əvvəllər  məhkum olunmuş F.Allahverdiyev saxlanılmışdır.

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini N.Cəfərli saxlanılmışdır
19 iyun 2019

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 12.000 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Cəfərli saxlanılmışdır.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Məmmədov saxlanılmışdır
19 iyun 2019

Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aprelin 27-də rayon ərazisində 2  avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Məmmədov saxlanılmışdır.

Sumqayıt şəhər sakinləri A.Fətullayevdən 455 qram, T.Quliyevdən isə 480 qram marixuana götürülmüşdür
19 iyun 2019

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar A.Fətullayevdən 455 qram, T.Quliyevdən isə 480 qram marixuana götürülmüşdür.

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Rzayev saxlanılmışdır
19 iyun 2019

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 5  evdən geyim və məişət əşyaları, 1 mağazadan tütün məmulatı və 1 avtomobildən səsgücləndirici oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılmışdır.