Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır
17 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılmışdır.

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17 iyul 2021

İyulun 17-də saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qəsəbə sakini M.Sadıxov idarə etdiyi “Reno” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Əfqan Hüseynovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17 iyul 2021

İyulun 17-də saat 23 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Tovuz rayon sakini C.İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini İsaxan Zairovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahbuz rayon sakini T.Şirinov saxlanılmışdır
17 iyul 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahbuz rayon sakini T.Şirinov paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və plastik kart aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı evə baxış zamanı oradan 65 qrama yaxın metamfetamin, 452,5 qram heroin və elektron tərəzi götürülmüşdür.

Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini olan bir nəfər azyaşlı saxlanılmışdır
17 iyul 2021

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir nəfər azyaşlı saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən 600 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini M.Bəşirovdan 500 qram heroin aşkar edilərək götürülmüşdür
17 iyul 2021

Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M.Bəşirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 500 qram heroin aşkar edilərək götürülmüşdür.

Yevlax rayon sakini İ.Hüseynova məxsus 1 kiloqram 120 qram heroin aşkar edilərək götürülmüşdür
17 iyul 2021

Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - A.Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişini İ.Hüseynovla birgə saxlanılmışdır. Avtomobilə baxış zamanı İ.Hüseynova məxsus 1 kiloqram 120 qram heroin aşkar edilərək götürülmüşdür.

C.Nəcəfovun yaşadığı Maştağa qəsəbəsindəki evdən 300 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
17 iyul 2021

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş C.Nəcəfovun yaşadığı Maştağa qəsəbəsindəki evdən 300 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Yabanı halda bitmiş 3 ton çəkidə 3300 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
17 iyul 2021

Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş 3 ton çəkidə 3300 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Kultivasiya yolu ilə yetişdirilmiş 144 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür
17 iyul 2021

Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Alaçadırlı kənd sakini Ə.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 144 ədəd çətənə kolu və 960 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.