Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
16 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılmışdır.

Saatlı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16 iyul 2021

İyulun 16-da saat 18 radələrində Saatlı şəhəri ərazisində şəhər sakini V.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış “DAF” markalı yük avtomobilinin qoşqusuna vurmuşdur. Nəticədə V.Məmmədovun sərnişini Zahir Zeynalov hadisə yerində ölmüş, özü xəstəxanaya yerləşdirilmişdir.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16 iyul 2021

İyulun 16-da saat 22 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Borsunlu kənd sakini Orxan Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Hüseynov saxlanılmışdır
16 iyul 2021

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 22 qramdan artıq heroin və 25 qrama yaxın metamfetamin götürülmüşdür.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Yusifova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Cəlilabad rayon sakini N.Hüseynov saxlanılmışdır
16 iyul 2021

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki avtomobildən ümumilikdə 320 manat pul oğurlamaqda, iki avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Cəlilabad rayon sakini N.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.

Soyğunçulq etməkdə şübhəli bilinən paytaxt sakini P.Nuriyev müəyyən edilərək saxlanılmışdır
16 iyul 2021

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Axundov iyulun 15-də Zığ yolu küçəsində bir nəfərin ona zor tətbiq edib 100 manat pulunu aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçulq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Nuriyev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

Axtarışda olan A.Qasımov saxlanılmışdır
16 iyul 2021

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan A.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb
16 iyul 2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu əməliyyatlar zamanı ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin aşkar edilərək götürülüb.

Belə ki, ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş S.Sadıqov əvvəllər məhkum olunmuş E.Kərimova heroin və metamfetamin satarkən hər ikisi saxlanılıblar. Şəxsi axtarış zamanı S.Sadıqovun üzərindən əlavə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş R.Alxasovdan əldə etdiyi müəyyən edilib. Görülmüş töədbirlərlə həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Liman şəhər sakinləri A.Ağamalıyev, E.Quliyev, A.Kişiyev və Göyşaban kənd sakini Ş.Ağayev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin, metamfetamin və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saatlı rayonunun Seyidlər kənd sakini N.Quliyevdən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür
16 iyul 2021

Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seyidlər kənd sakini N.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Salyan şəhər sakini E.Əliyevdən heroin və metamfetamin aşkar edilmişdir
16 iyul 2021

Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun həyətində kultivasiya yolu ilə yetişdirdiyi 3 ədəd çətənə kolu da aşkar edilərək götürülmüşdür.