Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
10 sentyabr 2021

Sentyabrın 10-da saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Hafiz Məmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10 sentyabr 2021

Sentyabrın 10-da saat 23 radələrində Nərimanov rayonu ərazisində M.Məhərrəmov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Nahid Kərimovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır. 

Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10 sentyabr 2021

Sentyabrın 10-da saat 8 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində kənd sakini Ə.Xəlilovun idarə etdiyi “Mitsubishi” markalı və 2-ci Cabanı kənd sakini Səxavət Güliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə S.Güliyev aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır. 

Oğurluq etdiklərinə görə tutulmuş Ş.Bəkirovun və M.Əmiraslanovun törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
10 sentyabr 2021

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının oğurluq etdiklərinə görə tutulmuş Ş.Bəkirovun və M.Əmiraslanovun ətrafında apadıqları əməliyyat tədbirləri ilə onların G.Həsənovaya məxsus içərisində 380 manat və sənəd olan pul kisəsini, rayon ərazisindəki köşklərin birindən isə 87 manat dəyərində elektron siqaret və 3 ədəd alışqan oğurlamaları da müəyyən edilmişdir. 

Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10 sentyabr 2021

Sentyabrın 10-da saat 16 radələrində Nizami rayonu ərazisində paytaxt sakini E.Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Mirhəcər Ağalarovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.  

Ağsu rayon sakini B.Mahmudova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 85 kiloqram 150 qram çəkidə 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
10 sentyabr 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu RPŞ əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş B.Mahmudova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 85 kiloqram 150 qram çəkidə 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 

Paytaxt sakini X.Axundovdan 496 qram marixuana aşkar edilərək götürülmüşdür
10 sentyabr 2021

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş X.Axundov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 496 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Paytaxt sakini E.Həsənov saxlanılmışdır
10 sentyabr 2021

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini E.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsində yerləşən evlərdən birinin damından “Radioservis” və 32 metr naqil, “QAZel” markalı avtomobildən akkumulyator, maqnitofon və bir evə quraşdırılmış su sayğacını oğurlaması da müəyyən edilmişdir.

Yabanı halda bitmiş çəkisi 1 ton 230 kiloqram olan 1675 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
10 sentyabr 2021

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Niyazabad kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 230 kiloqram olan 1675 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Moped oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ü.Tağıyev saxlanılmışdır
10 sentyabr 2021

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də rayon ərazisindən 2000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Tağıyev saxlanılmışdır.