Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Məmmədov saxlanılmışdır
09 sentyabr 2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qram heroin, 11 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Sumqayıt şəhəri ərazisində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini M.Rüstəmov saxlanılmışdır
09 sentyabr 2021Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində iki avtomobildən pul, eynək, tütün məmulatı, maqnitofon və 2 ədəd səsgücləndirici oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini M.Rüstəmov saxlanılmışdır.
Abşeron rayonu ərazisində sərnişin avtobusunda Masazır qəsəbə sakini E.Salahovun cibindən pul oğurlamaqda şübhəli bilinən X.Qasımov saxlanılmışdır
09 sentyabr 2021Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Masazır qəsəbəsi ərazisində sərnişin avtobusunda qəsəbə sakini E.Salahovun cibindən 1237 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Qasımov saxlanılmışdır.
Abşeron rayonu ərazisində bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən N.Aslanov saxlanılmışdır
09 sentyabr 2021Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisində bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Aslanov saxlanılmışdır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılmışdır
09 sentyabr 2021Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana, metamfetamin və heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı Şəfa bağlar sahəsindəki həyətinə baxış zamanı oradan 428 qramdan artıq marixuana götürülmüşdür.

Salyan rayon sakini Ə.Həsənova məxsus fermadan 16 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Musayev saxlanılmışdır
09 sentyabr 2021Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Ə.Həsənova məxsus fermadan 16 baş qoyun oğurlamaqda şübhəli bilinən E.Musayev saxlanılmışdır.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində Z.Səfərova məxsus torpaq sahəsindən 11 ədəd çətənə kolu götürülmüşdür
09 sentyabr 2021Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şəhriyar kəndi ərazisində əvvəllər məhkum olunmuş Z.Səfərova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
09 sentyabr 2021Sentyabrın 9-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 10 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09 sentyabr 2021

Sentyabrın 9-da saat 1 radələrində Yasamal rayonu ərazisində T.Cəfərova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Rəşad Abdurəhmanovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır
08 sentyabr 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.