Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Bakı şəhər sakini Nizami Ağayevə ölümü ilə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev müəyyən edilərək saxlanılmışdır
08 sentyabr 2021

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə sentyabrın 8-də Mircəlal küçəsində naməlum taksi sürücüsünün yer üstündə yaranmış mübahisə zəminində Bakı şəhər sakini Nizami Ağayevin alın nahiyəsinə başı ilə xəsarət yetirib yerə yıxaraq hadisə yerini tərk etməsi, N.Ağayev aldığı zərbədən hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılaraq istintaqa təhvil verilmişdir.


Quba RPŞ-yə Gültəpə kənd sakini Zeydulla Əzizovun ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ş.Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilmişdir
08 sentyabr 2021

Quba RPŞ-yə Gültəpə kənd sakini Zeydulla Əzizovun avqustun 23-də yıxılaraq xəsarət alması nəticəsində Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilməsi və avqustun 30-da orada ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla Z.Əzizovun xəsarəti avqustun 23-də saat 1 radələrində yaşadığı kəndin ərazisində Qaraqurtlu kənd sakini Ş.Mürsəliyev tərəfindən döyülməsi nəticəsində aldığı müəyyən edilmişdir.

Quba RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ş.Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilmişdir.

Faktla əlaqədar cinayət işi başlanmışdır. 

Quldurluğu etməkdə şübhəli bilinən Kürdəmir rayonunun Yenikənd kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılmışdır
08 sentyabr 2021

Kürdəmir RPŞ-yə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girmiş bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır. 

Yevlax rayonunun Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08 sentyabr 2021

Sentyabrın 8-də saat 22 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişini Elçin Əhmədov xəstəxanaya yerləşdirilmiş, E.Əhmədov orada ölmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Sadıqovdan 508 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür
08 sentyabr 2021

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Sadıqov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 508 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Ağcabədi rayonunun Rəncbərlər kənd sakini İsmayıl Babayevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur
08 sentyabr 2021

Ağcabədi RPŞ-yə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülmüşdür.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
08 sentyabr 2021

Sentyabrın 8-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 10 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Metrodan istifadə etmək istəyən və ictimai yerlərdə hərəkət erdən aktik koronavirus xəstələri aşkar edilib
08 sentyabr 2021DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “Memar Əcəmi” və “Gənclik” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – Qabil Ağayev və Ümüd Əliyev müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiliblər.

Digər iki aktiv  koronavirus xəstəsi Nəsimi və Abşeron rayonlarında ictimai yerlərdə aşkar edilib. Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı Etibar Xəlilov Abşeron rayonu “Yeni Bakı” yaşayış kompleksində, Elmar Mürsəlzadə isə Nəsimi rayonunda polis əməkdaşları tərəfindən ictimai yerdə müəyyən ediliblər.

Bu şəxslərlə profilaktik söhbət aparılıb və əstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.

Gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır
07 sentyabr 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
07 sentyabr 2021

Sentyabrın 7-də saat 21 radələrində Şəki şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Oxud kənd sakini Vüqar Süleymanov vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, şəhər sakini, əvvəllər məhkum olunmuş X.Yusubov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.