Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
07 sentyabr 2021

Sentyabrın 7-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saray qəsəbə sakini F.İbadlıdan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür
07 sentyabr 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İbadlı saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Ş.Dərziyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
07 sentyabr 2021

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Abşeron rayon sakini C.Babayevə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Ş.Dərziyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Əhmədov saxlanılmışdır
07 sentyabr 2021

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki evlərin birindən inşaat materialları, planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əhmədov saxlanılmışdır.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini X.Quliyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır
07 sentyabr 2021

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Hüseynov sentyabrın 5-nə keçən gecə Tbilisi prospektindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini X.Quliyev müəyyən edilərək C.Məmmədquluzadə küçəsində avtomobillə birgə saxlanılmışdır.

Araşdırma aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Gözəlovdan 1 kiloqram 570 qram heroin, qardaşından isə 6 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür
07 sentyabr 2021

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Gözəlov və qardaşı saxlanılmışlar. Şəxsi axtarış zamanı E.Gözəlovdan 1 kiloqram 570 qram heroin, qardaşından isə 6 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Ə.Cəfərovun digər cinayət əməlləri də müəyyən edilmişdir
07 sentyabr 2021

Oğurluq etdiyinə görə tutulmuş Ə.Cəfərovun ətrafında Tovuz RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir evdən 2000 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları, bir evdən isə 400 manat dəyərində qızıl üzük oğurlaması da müəyyən edilmişdir.

2 baş qoyun oğurlamaqda şübhəli bilinən Göyçay rayonunun Şəkili kənd sakinləri A.Hacalıyev və E.Cabbarov saxlanılmışlar
07 sentyabr 2021

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də X.Xəlilova məxsus həyətyanı sahədən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Şəkili kənd sakinləri A.Hacalıyev və E.Cabbarov saxlanılmışlar.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax rayonunun İkinci Şıxlı kənd sakini R.Yolçuyevdən 415 qram marixuana aşkar edilərək götürülmüşdür
07 sentyabr 2021

Qazax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İkinci Şıxlı kənd sakini R.Yolçuyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 415 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 nəfər saxlanılıb
07 sentyabr 2021Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bilgəh, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi, yəni satışı ilə məşğul olan 16 nəfər saxlanılıb.

Belə ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Arzu Əliyev saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilib.Onun üzərində şəxsi axtarış zamanı 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən rayonun Zabrat, Balaxanı Bilgəh və digər qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Arzu Əliyev narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birində yaşayan narkotik vasitələrin satışını həyata keçirən şəxsdən aldığını bildirib.

Bundan başqa Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Elxan Zeynalabdinov və oğlu Fərid Zabrat qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan 11 büküm ümümi çəkisi 15 qram olan heroin, 14 büküm psixotrop maddə metamfetamin və 28 ədəd kibrit qutusunda satış üçün nəzərdə tutulan 71 qram marixuana aşkar edilib. Elxan və Fərid Zeynalabdinovlar ifadələrində Sabunçu rayonunun kənd və qəsəbələrində narkotik vasitələlərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər  əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər - İlqar Həsənov, Mahir Əliyev, Famil Əzimov, Fazil Qədimov, Kazım Orucov, Zamin Sadıqzadə, Malik Məmmədov, Taryel Səlimov, Rəcəb Bağırov, Elçin Əliyev, Nadir Kərimov, İranə Quliyeva və Ləman Abdullayeva saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdiririlir.Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.