Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29 iyul 2021

İyulun 29-da saat 22 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində rayon sakini Xəlil Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini U.Məmmədovu vurmuş, daha sonra avtomobil yolun kənarındakı işıq dirəyinə dəymişdir. Nəticədə sürücü hadisə yerində ölmüş, piyada isə xəstəxanaya yerləşdirlmişdir.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır
28 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılmışdır.

Xocalı rayonunun Çanaqçı kəndi ərazisindən silah-sursat tapılmışdır
28 iyul 2021

Baş Mühafizə İdarəsinin Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən Xocalı rayonunun Çanaqçı kəndi ərazisində 1 ədəd “RQD-9” mərmisi, 2 ədəd “RQD-5”,  2 ədəd “F-1”, 1 ədəd “PQH3-12”, 2 ədəd “BR.m 75” əl qumbarası, 1 ədəd “PK” markalı pulemyot, 2 ədəd “AK-74” markalı, 1 ədəd “AKM-74” markalı avtomat silahları, 269 ədəd patron və 2 ədəd patron darağı tapılmış və Xocavənd RPŞ-yə təhvil verilmişdir. 

Xəzər Həsənovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin törədilməsində şübhəli bilinən sürücü Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır
28 iyul 2021

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır.
Araşdırma aparılır. 

Gəncə şəhər sakini C.Ələkbərovdan 240 qram heroin və 226 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür
28 iyul 2021

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini C.Ələkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 240 qram heroin və 226 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür. 

Bakı şəhər sakini B.Əliyevdən 591 qrama yaxın metamfetamin və 8 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
28 iyul 2021

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əliyev  saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 591 qrama yaxın metamfetamin və 8 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Masallı rayonunun Ərkivan qəsəbə sakini F.Abdinovun yaşadığı evə baxış zamanı oradan 6 kiloqram heroin və 1 kiloqram 450 qram tiryək aşkar edilərək götürülmüşdür
28 iyul 2021

Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Abdinov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 5 qramdan çox heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə oradan əlavə 6 kiloqram heroin və 1 kiloqram 450 qram tiryək aşkar edilərək götürülmüşdür. 

Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini V.Muxtarov və Ağsu rayon sakini Ü.Kərimli saxlanılmışlar
28 iyul 2021

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 28-nə keçən gecə rayon ərazisindəki anbarların birindən 1850 manat dəyərində 2 ədəd çap aparatı və 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş V.Muxtarov və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ü.Kərimli saxlanılmışlar.

Narkotik vasitə ilə tutulmuş R.Xəlilovun evlərin birindən 7000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilmişdir
28 iyul 2021

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş R.Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 

Oğurlamaqda şübhəli bilinən Lənkəran rayonunun Şiləvar kənd sakini C.Əliyev saxlanılmışıdır
28 iyul 2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Şiləvar kənd sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılmışıdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun cari il iyun ayının 1-də həmkəndlisi olan bir qadının 1 baş inəyini oğurlaması da müəyyən edilmişdir.