Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Səbail rayonu Salyan yolu küçəsində qəza hadisəsi nəticəsində paytaxt sakini Yardar İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür
28 iyul 2021

İyulun 28-də saat 10 radələrində Səbail rayonu Salyan yolu küçəsində Bakı şəhər sakini G.Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yardar İsmayılovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır. 

Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28 iyul 2021

İyulun 28-də saat 9 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Kəlbəcər rayon sakini C.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişini, əmisi Rəfayıl Quliyev xəstəxanaya yerləşdirilmiş, R.Quliyev orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Kürdəmir rayonunun Çölərəb kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28 iyul 2021

İyulun 28-də saat 15 radələrində Kürdəmir rayonunun Çölərəb kəndi ərazisində Culfa rayon sakini K.Ağayevin idarə etdiyi “Mercedes” markalı yük və Şuşa rayon sakini Tacir Nəsibovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə T.Nəsibov hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır. 

Gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır
28 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 63 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılmışdır.

Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
27 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılmışdır.

Oğurluqda şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılmışdır
27 iyul 2021

İyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır. 

Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini T.Salahov saxlanılmışdır
27 iyul 2021

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-nə keçən gecə Zəngişalı kəndi ərazisindəki mağazaların birindən 465 manat pul və 10 manat dəyərində danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş T.Salahov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan  heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən oğurluq etməsi də müəyyən edilmişdir. 

Kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
27 iyul 2021

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini B.Rzayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 51 ədəd çətənə  kolu aşkar edilərək götürülmüşdür. 

İnşaat materialları oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini M.Maqsudov saxlanılmışdır
27 iyul 2021

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.İbayevə məxsus fermanın qarşısından 650 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakini M.Maqsudov saxlanılmışdır. 

Kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
27 iyul 2021

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kəhrizli kənd sakini N.Nəsirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 27 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.