Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Nəsimi rayonu R.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi
27 iyul 2021

İyulun 27-də saat 6 radələrində Nəsimi rayonu R.Məmmədov küçəsində Naxçıvan şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında saxlanılmış “İsuzu” markalı avtomobili vurmuş, “İsuzu” markalı avtomobil isə “Toyota” markalı digər avtomobilə dəymişdir. Nəticədə N.Abdullayev xəstəxanaya aparılarkən yolda ölmüş, bir sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır. 

Xəzər rayonu Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
27 iyul 2021

İyulun 27-də saat 22 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Xəzər Həsənov vurulmuş və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində yol-nəqliyyat hadisəsi
27 iyul 2021

İyulun 27-də saat 22 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Şamaxı rayon sakini A.İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə qarşıda gedən Şamaxı rayon sakini V.Veysəllinin idarə etdiyi “Mercedes” markalı avtomobili vurmuş və avtomobili aşırmışdır. Nəticədə A.İsgəndərovun sərnişini, Bakı şəhər sakini Anar Hüseynov hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
27 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılmışdır.

Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır
26 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılmışdır.
Salyan rayonunun Arbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26 iyul 2021

İyulun 26-da saat 7 radələrində Salyan rayonunun Arbatan kəndi ərazisində kənd sakini A.Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə şəhər sakini Mübariz Hüseynovun idarə etdiyi moped toqquşmuşdur. Nəticədə M.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Quldurluqda şübhəli bilinən Lökbatan qəsəbə sakini H.Abdullayev müəyyən edilərək saxlanılmışdır
26 iyul 2021

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Qobu Park yaşayış kompleksində yaşayan A.Muradovanın 1900 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini H.Abdullayev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır. 

Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Nağıyev müəyyən edilərək saxlanılmışdır
26 iyul 2021

Nizami (Gəncə) Rayon Polis İdarəsinə iyulun 24-də Gəncə şəhər sakini Ş.Tağıyevin bank hesabından 920 manat pulunun oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nağıyev müəyyən edilərək saxlanılmışdır. 

Oğurluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov müəyyən edilərək saxlanılmışlar
26 iyul 2021

Şamaxı Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6000 manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olmuşdur. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

Kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
26 iyul 2021

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayramlı kənd sakini S.Əliyevaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.