Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluqda şübhəli bilinən İsmayıllı rayonunun Qalagah kənd sakinləri İ.Zeynalov və X.Məmmədov saxlanılmışlar
26 iyul 2021

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 18000 manat pul oğurlamaqda şübhəli bilinən Qalagah kənd sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Zeynalov və X.Məmmədov saxlanılmışlar.

Gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır
25 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.
Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində yol-nəqliyyat hadiəsi
25 iyul 2021

İyulun 25-də saat 17 radələrində Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində Qaraçuq kənd sakini H.Əliyevin idarə etdiyi “Lexus” və Naxçıvan şəhər sakini Hikmət Rəşidovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Rəşidov və sərnişini Çimnaz Yusifzadə ölmüşlər.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır. 

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Vüqar Babayev yerləşdirildiyi xəstəxanada ölmüşdür
25 iyul 2021

İyulun 24-də saat 17 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vüqar Babayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Babayev iyulun 25-də ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Yabanı halda bitmiş çəkisi 5 tondan artıq 7982 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
25 iyul 2021

Qubadlı RPŞ və DSX əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Qədili kəndi ərazisində yabanı halda bitmiş çəkisi 5 tondan artıq 7982 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Kürdəmir rayonunun Karrar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25 iyul 2021

İyulun 25-də saat 3 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində C.Bilalov idarə etdiyi şəxsi “Land Rover” markalı avtomobili aşırmışdır. Nəticədə xəsarət almış sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Abşeron rayon sakini Elman Şükürov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən avtomat silahı və 1 ədəd patron darağı tapılmışdır
25 iyul 2021

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Dəmiraparan çayının sahilindən “AKSU-74” markalı avtomat silahı və 1 ədəd patron darağı tapılmışdır.

Kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
25 iyul 2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kərgəlan kənd sakini Ə.Əsgərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 

Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
25 iyul 2021

İyulun 25-də saat 1 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində Mirəşenli kənd sakini A.Quluyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini İlham Cəfərovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır. 

Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır
24 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılmışdır.