Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24 iyul 2021

İyulun 24-də saat 22 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Cavanşir Eynullayev vurulmuşdur. O, xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KaMAZ” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Lənkəran rayon sakini Ə.Həsənov saxlanılmışdır.

Araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini Y.Hüseynova saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
24 iyul 2021

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri S.Həsənovaya məxsus içərisində mobil telefon, sosial və bank kartları olan pulqabını və V.Şərifovaya məxsus içərisində 400 manat, 2 ədəd mobil telefon və bank kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Y.Hüseynova saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir. 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında növbəti əməliyyatlar həyata keçirildi
24 iyul 2021Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

Belə ki, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı həmin bölgədə narkotik vasitə və psixotrop maddələrin, yəni “patı” adlandırılan metamfetaminin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş şəxslər – Emil İbrahimov, Ceyhun Əliyev, Tofiq Rəhimov və Bəxtiyar Nəcəfov saxlanılıblar. Onların üzərinə və Lənkəran şəhərində yerləşən evlərinə baxış zamanı 107 qram heroin, həşiş, metamfetamin və elektron tərəzilər aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində Lənkəran şəhəri və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin, eləcə də, narkotik tərkibli həblərin onlayn satışı ilə məşğul olan Fətəli Həsənli saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 27 qramdan artıq yüksək təsiredici xassəyə malik nakotik vasitə kokain, psixotrop maddə metamfetamin, eləcə də, 476 ədəd satışı qadağan olunan ekstazi və metadon həbləri aşkar edilib. Əməliyyat zamanı həmçinin Fətəli Həsənlinin üzərindən narkotik vasitələrin onlayn satışı zamanı pul dövriyyəsində istifadə etdiyi 2 ədəd plastik kart da polislər tərəfindən aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Aydın Quliyev də saxlanılıb. Onun üzərindən 14 qram heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının Xətai rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Sabir Rüstəmov və Nicat Rzayev saxlanılıblar. Sabir Rüstəmovdan ümumilikdə 42 qram, o cümlədən, kimyəvi tərkibli narkotik vasitə bonzai, kokain, metamfetamin, 28 ədəd ekstaz həbi və narkotik vasitələrin onlayn satışında nağdsız ödənişlər zamanı istifadə etdiyi plastik kart aşkar edilib.  Nicat Rzayev üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən isə 8 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Baş İdarə əməkdaşlarının paytaxtın Nərimanov və Nizami rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı sosial şəbəkə istifadəçiləri arasında narkotik vasitələrin satışını təşkil edən Anar Gərayzadə və Tahir Şirinov tutulublar. Anar Gərayzadənin üzərindən və Nərimanov rayonunda yaşadığı mənzilindən ümumilikdə 616 qram heroin, metamfetamin, elektron tərəzi, Tahir Şirinovdan isə çəkisi 540 qram olan eyni adlı nakotik vasitə və psixotrop maddələr, həmçinin, elektron tərəzi akar edilərək istintaqa təqdim olunub.

Baş İdarə əmkdaşlarının Yasamal və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində həyata keçirdikləri əməliyyatlar zamanı isə Əli Abdullayev və Aydın Cavadov narkotik vasitələrin satışını həyata keçirməkdə şübhəli bilindikləri üçün saxlanılıblar.  Onlardan müvafiq olaraq 105 və 15 qram heroin, eləcə də, metamfetamin aşkar olunub.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonu ərazisində həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Eduard Hüseynov narkotik vasitələrin qanunsuz  kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun Maştağa qəsəbəsindəki evinin həyətinə baxış zamanı çəkisi 11 kiloqram olan 54 ədəd çətənə kolu və 4 kiloqram qururulmuş marixuana aşkar edilib. Eduard Hüseynov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə kultivasiya etdiyini bildirib.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 6 kiloqrama yaxın  narkotik vasitə və psixotrop maddə, 495 ədəd narkotik tərkibli həb və 11 kiloqram kultivasiya edilən çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatları göndərən şəxslərə təşəkkürümüzü bildirik.
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
23 iyul 2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 44 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılmışdır.

Suraxanı rayonu ərazisindəki mağazalardan birinin kassasından pul və bir həyətdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Mustafayev saxlanılmışdır
23 iyul 2021Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindəki kassadan 1500 manat pul və bir həyətdən 450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mustafayev saxlanılmışdır.
Qaraçuxur qəsəbəsindəki avtomobil təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən P.Allahverdiyev saxlanılmışdır
23 iyul 2021Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 23-də Qaraçuxur qəsəbəsindəki avtomobil təmiri sexlərinin birinin qarşısından 6 ədəd radiator, 2 ədəd mühərrik bloku və 1 ədəd mühərrik ətək bloku oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Allahverdiyev saxlanılmışdır.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakini E.Ağayev saxlanılmışdır
23 iyul 2021Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Ağayev saxlanılmışdır. Ondan 1,1 kiloqram tiryək götürülmüşdür.
Cəlilabad rayon sakinləri A.Quliyev və V.Qədirov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmışlar
23 iyul 2021Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini A.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş V.Qədirov da müəyyən edilərək saxlanılmışdır. Onun Arbatan kəndindəki yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu və 15,3 kiloqramdan artıq çəkidə qurudulmuş marixuana da aşkar edilərək götürülmüşdür.

Şəmkir şəhərinin 20 Yanvar küçəsində “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur
23 iyul 2021İyulun 23-də saat 19 radələrində Şəmkir şəhərinin 20 Yanvar küçəsində Yeni Həyat qəsəbə sakini S.Abbasovun idarə etdiyi “Mercedes” və şəhər sakini Əli Əkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Əkbərov və sərnişini olan arvadı Gülvar hadisə yerində ölmüşlər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Binəqədi rayonunun Binəqədi yolunda “Chevrolet” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Z.Rüstəmova vurulmuşdur
23 iyul 2021İyulun 23-də saat 21 radələrində Binəqədi rayonunun Binəqədi yolunda Bakı şəhər sakini M.Bazarov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Zeynəb Rüstəmovanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.