Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində “Niva” markalı avtomobillə yolu keçən kənd sakini İ.Qurbanov vurulmuşdur
23 iyul 2021İyulun 23-də saat 22 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində kənd sakini B.Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən Ağayrı kənd sakini İxtiyar Qurbanovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23 iyul 2021İyulun 24-də saat 1 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində rayon sakini Araz Həsənovun idarə etdiyi “VAZ-2107” və Masallı rayon sakini Ş.Abıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Həsənov orada ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23 iyul 2021

İyulun 23-də saat 1 radələrində Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində Bakı şəhər sakini Aqil Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili kanala aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır
22 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılmışdır.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Zeynalov və A.Qasımlı saxlanılmışlar
22 iyul 2021

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də paytaxtdakı restoranların birindən 10.000 manat dəyərində 2 ədəd kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Zeynalov və A.Qasımlı saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mustafayev saxlanılmışdır
22 iyul 2021

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də Qaraçuxur qəsəbəsindəki mənzillərin birindən 500 manat pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mustafayev saxlanılmışdır.

Salyan rayon sakini H.Nəcəfovdan 400 qram heroin aşkar edilərək götürülmüşdür
22 iyul 2021

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini H.Nəcəfov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 400 qram heroin aşkar edilərək götürülmüşdür.

Abşeron rayonunun Hökməli kənd sakini M.Babayevdən heroin, metamfetamin, qundağı və lüləsi kəsilmiş ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülmüşdür
22 iyul 2021

Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hökməli kənd sakini, əvvəllər məhkum olunmuş M.Babayevdən heroin, metamfetamin, qundağı və lüləsi kəsilmiş “Fraun” markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülmüşdür.

Kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkar edilərək götürülmüşdür
22 iyul 2021

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Həsənabad qəsəbə sakini E.Əsgərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.

Hacıqabul şəhər sakini R.Məhərrəmov saxlanılmışdır
22 iyul 2021

Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məhərrəmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun Ağacanlı kəndi ərazisindəki “Quşçuluq” ASC-yə məxsus mağazanın 1600 manat dəyərində dam örtüyünü oğurlaması da müəyyən edilmişdir.