Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Yabanı halda bitmiş 1 ton 420 kiloqram çəkidə 722 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
22 iyul 2021

Qusar RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 1 ton 420 kiloqram çəkidə 722 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır
21 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.

Abşeron rayonunun Güzdək kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21 iyul 2021

İyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Həsənov idarə eydiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılmışdır
21 iyul 2021

Qaradağ RPİ 10-cu PB və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Qaradağ rayon sakinləri olan 3 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Lökbatan qəsəbə sakinləri olan daha 2 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir. 

Oğurluqda şübhəli bilinən Bərdə şəhər sakini N.Quliyev saxlanılmışdır
21 iyul 2021

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus 2 velosiped, bir evdən məişət əşyaları və “VAZ-2104” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Quliyev saxlanılmışdır. 

Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
20 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
20 iyul 2021

İyulun 20-də saat 10 radələrində Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsi ərazisində Bakı şəhər sakini N.İbrahimlinin idarə etdiyi “Ford” və Yuxarı Aran kənd sakini İ.Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Hüseynovun sərnişini olan 3 qadın xəstəxanaya yerləşdirilmişlər. Onlardan Zülfiyyə Hüseynova orada ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20 iyul 2021

İyulun 20-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Saatlı rayon sakini H.Şıxalıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Sevda İsikovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır
19 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.

Paytaxt sakini Z.Aslanovaya məxsus pul kisəsini əlindən alaraq qaçmaqda şübhəli bilinən H.Süleymanov saxlanılmışdır
19 iyul 2021Xətai RPİ 36-cı Polis Bölməsinə iyulun 19-da bir nəfərin Z.Aslanovaya məxsus içərisində 130 manat və 200 manat dəyərində mobil telefonlar olan pul kisəsini əlindən alaraq qaçması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Süleymanov müəyyən edilərək saxlanılmışdır.

Xətai RPİ tərəfindən araşdırma aparılır.