Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Abşeron rayonu ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Ş.Bədəlov vurulmuşdur
19 iyul 2021İyulun 19-da saat 13 radələrində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini R.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Şahmalı Bədəlovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Masallı rayonu ərazisində “Toyota” markalı avtomobillə velosipedçi vurulmuşdur
19 iyul 2021İyulun 19-da saat 1 radələrində Masallı rayonunun Türkoba kəndi ərazisində Hişkədərə kənd sakini İ.Fətullayev idarə etdiyi “Toyota” markalı avtomobillə velosipedçi - kənd sakini Ruhid Rəhimovu vurmuşdur. Nəticədə velosipedçi aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Astara rayon sakini A.Süleymanova məxsus həyətyanı sahədən çətənə kolları, yaşadığı evdən isə ov tüfəngi, patronlar və patrondaş götürülmüşdür
19 iyul 2021Astara RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Sərək kənd sakini A.Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi, 3 ədəd patron və 1 ədəd patrondaş aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır
18 iyul 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır.

Yabanı halda bitmiş 118 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
18 iyul 2021İmişli RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gövhərli kəndi ərazisində yabanı halda bitmiş 118 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18 iyul 2021

İyulun 18-də saat 12 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində Bakı şəhər sakini Ş.Bağırova idarə etdiyi “Honda” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişin Şölə Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18 iyul 2021

İyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A.Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən Şəmkir rayonunun Yuxarı Çaykənd kənd sakinləri H.Rüstəmov və A.Nağıyev saxlanılmışlar
18 iyul 2021

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərin birindən 25.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Çaykənd kənd sakinləri, əvvəllər məhkum olunmuş H.Rüstəmov və A.Nağıyev saxlanılmışlar.

Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Veravul kənd sakinləri C.Hüseynov və qardaşı saxlanılmışlar
18 iyul 2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də rayon ərazisindəki evlərin birindən 4890 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakinləri, əvvəllər məhkum olunmuşlar C.Hüseynov və qardaşı saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülmüşdür.

Liman şəhər sakini Ə.Kəlbizadənin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 43 qram heroin və 512 qram metamfetamin götürülmüşdür
18 iyul 2021

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Mirzəyev metamfetamin satarkən saxlanılmışdır. Ondan elektron tərəzi də aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kəlbizadə də müəyyən edilərək saxlanılmışdır. Sonuncunun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 43 qram heroin və 512 qram metamfetamin götürülmüşdür.