DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 118 cinayət faktı qeydə alınmışdır

20.11.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 12 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.

20.11.2018 tarixinə olan kriminal məlumatlar