DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərdən birinin anbarından 37.500 manat dəyərində pivə çəlləyini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

30.01.2019

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlanması bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.

30.01.2019 tarixinə olan kriminal məlumatlar