DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Quliyev saxlanılmışdır

18.02.2019

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.

Məlumatla əlaqədar müvafiq araşdırmalar aparılmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır. 

18.02.2019 tarixinə olan kriminal məlumatlar