DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qəza törədərək hadisə yerindən yayınan Qızıldaş qəsəbə sakini V.Qasımov saxlanılmışdır

18.02.2019

Fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin  “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır. 

18.02.2019 tarixinə olan kriminal məlumatlar