DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Piyadanın ölümünə səbəb olan yol qəzasını törədərək hadisə yerindən yayınmış M.Həsənov saxlanılmışdır

07.04.2019

Aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov müəyyən edilməmiş avtomobillə vurulmuş və hadisə yerində ölmüşdür.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Faktla bağlı cinayət işi başlanmışdır.