DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

19.04.2019

Aprelin 19-da saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Vüsal Nağıyevin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini V.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur.

Nəticədə V.Nağıyev hadisə yerində ölmüş, V.İsmayılovun isə 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.