DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılmış, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır

19.04.2019

Daxil olmuş məlumat əsasında İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədovdan 5,31 qram marixuana götürülmüşdür.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Əhmədova narkotik vasitəni satmış rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və K.Nəcəfov saxlanılmışlar.

K.Nəcəfovun evinə baxış zamanı 1 kiloqramq 55,04 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Əldə edilən məlumat əsasında Xocavənd RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Qayıdış qəsəbəsində yaşayan K.Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd xaricdə istehsal edilmiş pnevmatik tüfəng aşkar edilərək götürülmüşdür.
Daxil olmuş məlumat əsasında Salyan RPŞ-nin əməkdaşları tərəfindən Sarvan kənd sakini M.Bəşirovdan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.