DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Orxan Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Qəhrəmanov saxlanılmışdır

24.05.2019

Mayın 24-də Nəsimi rayonunun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Orxan Əliyev olması müəyyən edilmiş və hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Qəhrəmanov saxlanılmışdır.