DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulmuşdur

25.09.2019

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulmuşdur.

Polis əməkdaşları tərəfindən S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxış zamanı 6,205 qram marixuana aşkar edilərək götürülmüşdür.

Görülmüş tədbirlərlə S.Əliqiyə narkotik vasitəni vermiş şəxsin onun qardaşı -Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilmiş və o, saxlanılmışdır.
Abşeron RPİ və Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.  

25.09.2019 tarixinə olan kriminal məlumatlar