DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xuliqanlıq zəminində paytaxt sakinləri İ.Rəhimovanın və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrini sındırmaqda şübhəli bilinən Y.Səmədov və qardaşı saxlanılmışlar

29.03.2020

Martın 26-da saat 23 radələrində naməlum şəxslərin paytaxt sakinləri İ.Rəhimovanın və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrini sındırmaları barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olmuşdur.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq zəminində bu əməli törətməkdə şübhəli bilinən Y.Səmədov və qardaşı saxlanılmışlar.

Davam etdirilən tədbirlərlə Y.Səmədovun evinin həyətindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng və 2 ədəd patron da aşkar edilərək götürülmüşdür.