DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Məmmədli saxlanılmışdır

26.05.2020

Mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk etmişdir.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S.Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılmışdır.