DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayon sakini E.Vəliyevə kəsici-deşici alətlə ölümcül xəsarət yetirməkdə şübhəli bilinən qohumu A.Heydərov tutularaq istintaqa cəlb edilmişdir

07.08.2020

Avqustun 6-da saat 23 radələrində Biləsuvar rayonunun Nərimankənd kənd sakini Elxan Vəliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hadisənin zərərçəkmişin qohumu A.Heydərov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilmişdir.  

Əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini A.Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

07.08.2020 tarixinə olan kriminal məlumatlar