DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakini V.Səfərov idarə etdiyi avtomobillə Lənkəran rayon sakinləri olan 3 qadını paytaxt ərazisinə gətirmək istəyən zaman xüsusi karantin postunda saxılanılmışdır

07.08.2020

Karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə və əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Lənkəran şəhər sakini V.Səfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakinləri olan 3 qadını paytaxt ərazisinə gətirmək istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda polis əməkdaşları tərəfindən saxılanılmışdır. Sürücünün Bakı və Sumqayıt şəhər sakinləri olan 3 qadının şəxsiyyət vəsiqələrindən istifadə etməklə Lənkəran rayon sakinləri A.Ağazadənin, N.Abbasovanın və V.Mənsumənin xüsusi karantin postlarından keçməsinə şərait yaratması müəyyən edilmişdir.  

Sürücü və sərnişinləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə təhvil verilmişlər.

07.08.2020 tarixinə olan kriminal məlumatlar