DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Ə.Rüstəmovaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən R.Əliyev saxlanılmışdır

18.10.2020

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Rüstəmova oktyabrın 4-də Moskva prospektində bir nəfərin ona zor tətbiq edib mobil telefonunu aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən edilərək saxlanılmışdır.