DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində “VAZ-21074” və “Chevrolet-Niva” markalı avtomobillər toqquşmuşdur

27.11.2020

Noyabrın 27-də saat 13 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilmişdir.

Şəmkir RPİ tərəfindən araşdırma aparılır.