DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Süni balıq göllərinin birindən 160 kiloqram balığı oğurlayaraq satmaqda şübhəli bilinən Salyan rayon sakinləri S.Bəbirov və S.Dünyamalıyev saxlanılmışlar

05.03.2021

Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Z.Əmənovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan 160 kiloqram “Çəki” balığı aşkar edilərək götürülmüşdür.

Araşdırmalarla həmin balıqların Qaraçala qəsəbəsindəki süni balıq göllərinin birindən oğurlanaraq Z.Əmənova satılması müəyyən edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürsəngi kənd sakinləri S.Bəbirov və S.Dünyamalıyev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

05.03.2021 tarixinə olan kriminal məlumatlar