DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində saxlanılmış A.Musayevdən və M.Əliyevdən narkotik vasitələr götürülmüşdür

05.03.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür.

05.03.2021 tarixinə olan kriminal məlumatlar