DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini O.Quliyev saxlanılmışdır

15.06.2021

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 2-də Bakı şəhər sakini V.Əliyevə zor tətbiq edib 32 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini O.Quliyev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Bakı şəhər sakini A.Məmmədova  zor tətbiq edib mobil telefonunu talaması da müəyyən edilmişdir.