DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - İsmayıllı rayon sakini N.Nəsirov və Bakı şəhər sakini S.Şahverdiyev saxlanılmışlar

15.06.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - İsmayıllı rayon sakini N.Nəsirov və Bakı şəhər sakini S.Şahverdiyev Abşeron rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı N.Nəsirovdan 204 qramdan artıq, S.Şahverdiyevdən isə 49 qramdan artıq heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə S.Şahverdiyevin idarə etdiyi “Lada Priora” markalı avtomobilə baxış zamanı oradan 742 qramdan artıq heroin, 45 qrama yaxın metamfetamin və elektron tərəzi götürülmüşdür.