DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılmışdır

15.06.2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.