DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

16.07.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu əməliyyatlar zamanı ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin aşkar edilərək götürülüb.

Belə ki, ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş S.Sadıqov əvvəllər məhkum olunmuş E.Kərimova heroin və metamfetamin satarkən hər ikisi saxlanılıblar. Şəxsi axtarış zamanı S.Sadıqovun üzərindən əlavə heroin və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş R.Alxasovdan əldə etdiyi müəyyən edilib. Görülmüş töədbirlərlə həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Liman şəhər sakinləri A.Ağamalıyev, E.Quliyev, A.Kişiyev və Göyşaban kənd sakini Ş.Ağayev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin, metamfetamin və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.