DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Astara rayon sakini A.Süleymanova məxsus həyətyanı sahədən çətənə kolları, yaşadığı evdən isə ov tüfəngi, patronlar və patrondaş götürülmüşdür

19.07.2021

Astara RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Sərək kənd sakini A.Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi, 3 ədəd patron və 1 ədəd patrondaş aşkar edilərək götürülmüşdür.