DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonu ərazisində “Toyota” markalı avtomobillə velosipedçi vurulmuşdur

19.07.2021

İyulun 19-da saat 1 radələrində Masallı rayonunun Türkoba kəndi ərazisində Hişkədərə kənd sakini İ.Fətullayev idarə etdiyi “Toyota” markalı avtomobillə velosipedçi - kənd sakini Ruhid Rəhimovu vurmuşdur. Nəticədə velosipedçi aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.