Paytaxt sakini Z.Aslanovaya məxsus pul kisəsini əlindən alaraq qaçmaqda şübhəli bilinən H.Süleymanov saxlanılmışdır
19.07.2021Xətai RPİ 36-cı Polis Bölməsinə iyulun 19-da bir nəfərin Z.Aslanovaya məxsus içərisində 130 manat və 200 manat dəyərində mobil telefonlar olan pul kisəsini əlindən alaraq qaçması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Süleymanov müəyyən edilərək saxlanılmışdır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.