DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaraçuxur qəsəbəsindəki avtomobil təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən P.Allahverdiyev saxlanılmışdır

23.07.2021

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 23-də Qaraçuxur qəsəbəsindəki avtomobil təmiri sexlərinin birinin qarşısından 6 ədəd radiator, 2 ədəd mühərrik bloku və 1 ədəd mühərrik ətək bloku oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Allahverdiyev saxlanılmışdır.