DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quba RPŞ-yə Gültəpə kənd sakini Zeydulla Əzizovun ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ş.Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilmişdir

08.09.2021

Quba RPŞ-yə Gültəpə kənd sakini Zeydulla Əzizovun avqustun 23-də yıxılaraq xəsarət alması nəticəsində Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilməsi və avqustun 30-da orada ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla Z.Əzizovun xəsarəti avqustun 23-də saat 1 radələrində yaşadığı kəndin ərazisində Qaraqurtlu kənd sakini Ş.Mürsəliyev tərəfindən döyülməsi nəticəsində aldığı müəyyən edilmişdir.

Quba RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ş.Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilmişdir.

Faktla əlaqədar cinayət işi başlanmışdır.