DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Nizami Ağayevə ölümü ilə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev müəyyən edilərək saxlanılmışdır

08.09.2021

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə sentyabrın 8-də Mircəlal küçəsində naməlum taksi sürücüsünün yer üstündə yaranmış mübahisə zəminində Bakı şəhər sakini Nizami Ağayevin alın nahiyəsinə başı ilə xəsarət yetirib yerə yıxaraq hadisə yerini tərk etməsi, N.Ağayev aldığı zərbədən hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ağdam rayon sakini Y.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılaraq istintaqa təhvil verilmişdir.