DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılmışdır

09.09.2021

Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana, metamfetamin və heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı Şəfa bağlar sahəsindəki həyətinə baxış zamanı oradan 428 qramdan artıq marixuana götürülmüşdür.